Əsas Səhifə > Ölkə idmanı > Azərbaycan Kubokunda 1/4 finalın cavab oyunları başlayır
Azərbaycan Kubokunda 1/4 finalın cavab oyunları başlayırBu gün, 09:00 |
![]() Bu gün futbol üzrə Azərbaycan Kubokunda 1/4 final mərhələsinin cavab matçlarına start veriləcək. BrendSport.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma keçiriləcək. Günün yeganə görüşündə “Zirə” öz meydanında “Sumqayıt”la üz-üzə gələcək. Zirə İdman Kompleksinin stadionunda oynanılacaq qarşılaşma saat 19:00-da start götürəcək. Matçı FIFA referisi Elçin Məsiyev idarə edəcək. Komandalar arasında Sumqayıtda keçirilmiş ilk oyunda qapılara qol vurulmayıb – 0:0. Qeyd edək ki, 1/4 final mərhələsinin digər cavab oyunları martın 4-5-də reallaşacaq. Geri qayıt |