Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Zəfər Gününə həsr olunan Motokros çempionatı keçiriləcək



Noyabrın 11-də Azərbaycan Motosiklet İdmanı Federasiyası Badamdar Avtobazar ərazisində Motokros çempionatı keçirəcək. Çempionat 8 Noyabr – Zəfər Gününə həsr ediləcək.

BrendSport.az
xəbər verir ki, tədbirin keçirilməsində əsas məqsəd Azərbaycanda motosportun inkişafına dəstək olmaq, gənclər arasında idmana marağı artırmaq və Vətən uğrunda canından keçən qəhrəmanlarımızın xatirəsini yad etməkdir.

Çempionatda Azərbaycanın ən güclü motokros idmançıları ilə yanaşı, bölgələrdən dəvət olunmuş pilotlar da iştirak edəcəklər. Tamaşaçıları maraqlı yarışlar, nümayiş çıxışları, motoşou və motosiklet sərgisi gözləyir.

Azərbaycan Motosiklet İdmanı Federasiyasının prezidenti Fuad Bağırov bildirib: “Bu çempionat təkcə idman tədbiri deyil. Bu, qəhrəmanlarımıza ehtiram və gənc nəslə ruh, cəsarət və vətənpərvərlik aşılayan bir simvoldur. Bütün motosport həvəskarlarını və vətəndaşlarımızı bu günü bizimlə birlikdə keçirməyə dəvət edirik”.


Facebook-da paylaş

Xəbəri paylaş