Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



AFFA İntizam Komitəsi II tur üzrə qərarlarını açıqlayıb



AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.

BrendSport.az
xəbər verir ki, iclasda Misli Premyer Liqasının II turunda qeydə alınan qayda pozuntuları müzakirə olunaraq hüquqi qiymət verilib. “Kəpəz” – “Karvan-Yevlax” oyununda Yevlax klubunun futbolçusu Olavale Doyeninin formasında adının yazılışında Azərbaycan əlifbasında mövcud olmayan hərfdən istifadə edildiyi müəyyənləşdirilib. Premyer Liqaya yeni qatılan klub olduğu üçün ilk turda bu qayda pozuntusuna görə güzəşt olunmasına baxmayaraq, analoji halın təkrarlanması səbəbindən “Karvan-Yevlax” 1500 manat cərimə olunub.

Bundan başqa, “Turan Tovuz”la görüşdə “Araz-Naxçıvan” komandasının 4 futbolçusu sarı vərəqə aldığına görə Naxçıvan klubu 700 manat məbləğində cəzalandırılıb


Facebook-da paylaş

Xəbəri paylaş