Azərbaycan Premyer Liqası: Son 10 ildə ilk dəfə startda 3 heç-heçə qeydə alınıb

Misli Premyer Liqasının 2025/2026-cı illər mövsümünün startı heç-heçələrlə zəngin olub.
BrendSport.az xəbər verir ki, I turun baş tutan 5 oyunundan 3-ü sülhlə nəticələnib.
“Karvan-Yevlax” – “Qəbələ”, “Neftçi” – “Şamaxı” və “Zirə” – “Araz-Naxçıvan” görüşlərində 1:1 hesabı qeydə alınıb. Start turunda 3 heç-heçəyə təsadüf olunması son 10 mövsümdə ilk dəfə yaşanıb.
Sonuncu dəfə 2015/2016-cı illər mövsümündə ilk turda 3 bərabərlik olub. Həmin vaxt da 5 matç baş tutub.
Startda daha çox heç-heçəyə sonuncu dəfə 2012/2013-cü illər mövsümündə təsadüf olunub. Həmin vaxt 5 görüşün 4-də qalib müəyyənləşməyib.
Cari mövsümün I turunun keçirilən 5 oyununda 10 qol vurulub. Orta məhsuldarlığın 2,00-yə bərabər olması son 5 mövsümün startında ən aşağı göstəricidir. Sonuncu dəfə 2020/2021-ci illər mövsümündə bu rəqəm 2,00 olub.
Qeyd edək ki, I turun bir “Sabah” – “Qarabağ” matçı təxirə salınıb.
Facebook-da paylaş
