"Səbail"dən ayrılan futbolçu Xorvatiya çempionatında çıxış edəcək

Azərbaycanlı futbolçu Rüfət Abdulluzadə Xorvatiyanın “Varajdin” kollektivində çıxış edəcək.
BrendSport.az xəbər verir ki, 24 yaşlı yarımmüdafiəçi ilə 3 illik rəsmi müqavilə imzalanıb.
O, son mövsümü "Səbail"in heyətində keçirib.
Futbolçu yeni komandasına keçidi ilə bağlı açıqlama verib.
"Varajdin”ə qoşulduğum üçün şadam. Bu, karyeramda mühüm addımdır və kollektivə öz töhfəmi vermək üçün motivasiyam yüksəkdir. Xorvatiya barədə təəssüratlarım yüksəkdir. İnanıram ki, "Varajdin" sayəsində futbolçu kimi daha da irəli gedəcəyəm. Mənə etimad göstərən hər kəsə təşəkkürümü bildirirəm", - deyə R.Abdullazadə bildirib.
Facebook-da paylaş
