Naxçıvan Futbol Federasiyasının yeni prezidenti müəyyənləşib
Naxçıvan Futbol Federasiyasının (NFF) prezidenti vəzifəsinə seçki ilə bağlı iclas keçirilib.
BrendSport.az xəbər verir ki, iclasda bu posta Zaur Axundovun namizədliyi irəli sürülüb. Açıq səsvermənin nəticələrinə uyğun olaraq, o, yekdilliklə NFF-nin rəhbəri seçilib.
Z.Axundov muxtar respublikada uşaq futbolunun inkişafı ilə bağlı işlər aparacağını diqqətə çatdırıb. Naxçıvandakı futbolsevərlərin “Araz-Naxçıvan” intizarına son qoymaq, eyni zamanda yerli futbolçuların inkişafına nail olmaq üçün yaxın zamanlarda muxtar respublika stadionunun təmir olunaraq beynəlxalq tələblər səviyyəsinə gətirilməsi ilə bağlı işlər aparıldığını deyən federasiya prezidenti, bununla paralel, bölgələrdə yeni futbol qruplarının yaradılması, yarışların keçirilməsi, məşqçilərin təhsili və digər planlar barədə danışıb. O, Naxçıvanda futbolun dirçəlişi üçün maksimum çalışacaqlarını vurğulayıb.
Qeyd edək ki, Zaur Axundov, həmçinin Azərbaycan Futzal Federasiyasının prezidentidir.
Facebook-da paylaş