Peşəkar Futbol Liqası “Neftçi”nin oyunçusunu mükafatlandırıb
Azərbaycan Premyer Liqasında 2023-2024-cü illər mövsümündə may ayında vurulan ən yaxşı qolun müəllifi mükafatlandırılıb.
BrendSport.az xəbər verir ki, bu ada “Neftçi”nin yarımmüdafiəçisi Qara Qarayev layiq görülüb. Onun XXXV turda "Səbail"ə vurduğu qol ayın ən yaxşısı seçilib.
32 yaşlı futbolçuya mükafatı PFL-in prezidenti vəzifəsini müvəqqəti icra edən Elgiz Abbasov təqdim edib.
Qeyd edək ki, “Neftçi” başa çatan mövsümü beşinci yerdə bitirib və avrokuboklara vəsiqə qazana bilməyib.
Facebook-da paylaş