Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



“Araz-Naxçıvan”ın baş məşqçisi: “Qarabağ”ı yaxşı mübarizəyə görə təbrik edirəm



"Düşünürəm ki, oyun hər iki komanda üçün maraqlı alındı. "Qarabağ"ı da yaxşı mübarizəyə görə təbrik edirəm".

BrendSport.az
xəbər verir ki, bu sözləri "Araz-Naxçıvan" klubunun baş məşqçisi Elmar Baxşıyev Azərbaycan Premyer Liqasının sonuncu - XXXVI turunda "Qarabağ"la 2:2 hesablı heç-heçə etdikləri matçdan sonra təşkil olunmuş mətbuat konfransında deyib.

O, komandadan ayrılması ilə bağlı yayılan xəbərlərə aydınlıq gətirib: "Rəhbərliklə gələcəklə bağlı danışıqlarımız olacaq. Ümid edirəm ki, komandanın xeyrinə qərar veriləcək".

Mütəxəssis mövsümü sonuncu pillədə başa vuran "Qəbələ"nin Premyer Liqanı tərk etməsinə də münasibət bildirib: "Bunu biləndə çox təəssüfləndim. Oyunçuların getməsinə daha da məyus oldum. "Qəbələ" köklü klubdur. İnanıram ki, komanda qısa zamanda toparlanacaq".

Qeyd edək ki, "Qarabağ" 11-ci çempionluqla 2023-2024-cü illər mövsümünü birinci pillədə başa vurub. "Araz-Naxçıvan" isə səkkizinci sırada yer alıb.


Facebook-da paylaş

Xəbəri paylaş