Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



“Qarabağ” “Kəpəz”i məğlub edərək ölkə çempionluğunu rəsmiləşdirib



Futbol üzrə Azərbaycan Premyer Liqasında dördüncü dövrənin növbəti oyunu keçirilib.

BrendSport.az
xəbər verir ki, XXVIII turun ikinci matçında "Kəpəz" və "Qarabağ" komandaları üz-üzə gəliblər. Tofiq Bəhramov adına Respublika stadionunda oynanılan görüş Ağdam təmsilçisinin 6:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Hesabı 21-ci dəqiqədə Julio Romao açıb. 52-ci və 56-cı dəqiqələrdə Olavio Juninyo dubl edib. Abbas Hüseynov 64-cü dəqiqədə fərqi dörd topa çatdırıb. Elvin Cəfərquliyev 69-cu dəqiqədə növbəti qola imza atıb. 88-ci dəqiqədə Redon Cica adını tabloya yazdırıb. Matçın yekun nəticəsini 90-cı dəqiqədə Latir Fal müəyyənləşdirib

Bununla da xallarını 69-a çatdıran Ağdam təmsilçisi sona 8 tur qalmış 11-ci ölkə çempionluğunu rəsmiləşdirib.

Günün digər oyununda isə "Neftçi" səfərdə "Qəbələ"yə 1:0 hesabı ilə qalib gəlib.

Qeyd edək ki, turun digər qarşılaşmaları martın 30-31-də keçiriləcək.


Facebook-da paylaş

Xəbəri paylaş