Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Murad Musayev “Sabah”dan ayrılmasının səbəbini açıqlayıb



Murad Musayevin “Sabah” komandası ilə yollarını ayırmasının səbəbi bəlli olub.

BrendSport.az
xəbər verir ki, 41 yaşlı mütəxəssis Rusiya mətbuatına açıqlamasında bunun uğursuz nəticələrlə bağlı olduğunu bildirib.

Onun sözlərinə görə, komanda son iki mövsümdə kifayət qədər parlaq çıxış edib yaxşı nəticələr qazansa da, son vaxtlar əvvəlki formasından xeyli uzaq idi: “Sanki əvvəlki həvəsi itirmişdik. Çətin qərar oldu, amma düşündüm ki, dəyişiklik kluba və mənə xeyir verəcək. Hazırda “Sabah”ı üçüncü yerdən yalnız beş xal ayırır. Avrokuboklara vəsiqə qazanmaq və mövsümü yaxşı pillədə başa vurmaq üçün bütün ilkin şərtlər var”.

Rusiyalı çalışdırıcı “Sabah” rəhbərliyindən hər zaman dəstək aldığını vurğulayıb: “Bizim əla münasibətimiz var. Hətta onların ideal olduqlarını deyə bilərəm. Orada keçirdiyim hər gün rəhbərliyin dəstəyini hiss edirdim. Azərbaycan təmsilçisinə qoşulmazdan əvvəl mənə verilən bütün vədlər yerinə yetirildi. “Sabah” rəhbərliyi haqqında uzun müddət danışa bilərəm. Əlbəttə ki, bunların hər biri xoş sözlər olacaq”.

Gələcək planlarından da söz açan M.Musayev bir müddət istirahət etmək istədiyini söyləyib: “Əvvəlcə ailəmlə dincələcəyəm, sonrasına baxarıq. Əlbəttə, bir aydan sonra yenidən işə başlamaq istərdim, amma bu həmişə olmur. Çünki maraqlı təklifin nə vaxt gələcəyini bilmirsiniz. Düşünürəm ki, istirahət üçün mənə bir ay kifayət edəcək”.

Qeyd edək ki, Murad Musayev 2021-ci ilin noyabr ayından "Sabah"ın baş məşqçisi kimi çalışırdı. Komanda rusiyalı mütəxəssisin rəhbərliyi altında 87 oyun keçirib (48 qələbə, 16 heç-heçə , 23 məğlubiyyət). "Sabah" ölkə çempionatının 2022/2023-cü illər mövsümünü gümüş medalla başa vuraraq, tarixində ilk dəfə avrokuboklara vəsiqə qazanıb.


Facebook-da paylaş

Xəbəri paylaş