Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Azərbaycan Basketbol Liqası: Lider itkisiz davam edir



Sumqayıt Olimpiya İdman Kompleksində Azərbaycan Basketbol Liqasının (ABL) V turunun növbəti oyunu baş tutub.

BrendSport.az
xəbər verir ki, "Xırdalan" və NTD-INDIGO komandalarının duelindən qonaqlar qalib ayrılıblar. NTD-INDIGO rəqibinə 96:86 hesabı ilə qalib gəlib.

Komanda bu qələbə ilə məğlubiyyətsiz oyunlar seriyasını davam etdirib. Ən məhsuldar basketbolçular "Xırdalan"dan Cakori Arçi (24 xal, 8 ribaund), NTD-INDIGO-dan isə Cared Smol (24 xal, 4 ribaund) olublar.

Bu nəticədən sonra xallarını 8-ə çatdıran NTD-İNDİQO kollektivi liderliyə yüksəlib. “Xırdalan” isə 7 xalla beşinci sırada qərarlaşıb.

Qeyd edək ki, turun "Cəlilabad" - "Sumqayıt", "Neftçi - "Sabah" və "Şəki" - "Xəzri" matçları noyabrın 25-26-da baş tutacaq.


Facebook-da paylaş

Xəbəri paylaş