Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Azərbaycan taekvondoçuları Prezident kubokuna İordaniyada hazırlaşırlar



Taekvondo üzrə Azərbaycanın qadın və kişilərdən ibarət milli komandası İordaniyaya yollanıb.

BrendSport.az
xəbər verir ki, yığma komanda burada təlim-məşq toplanışı keçəcək. Taekvondoçularımız səfərə kişilərdən ibarət millinin baş məşqçisi Məmməd Abdullayev, böyük məşqçi Rəşad Məmmədov və qadınlardan ibarət yığmanın baş məşqçisi Sun Mi Parkın rəhbərliyi altında yollanıblar.

Noyabrın 7-dək davam edəcək hazırlıqda Xıdır Məmmədov, Qaşım Maqomedov, Rahid Vəliyev, Pərviz İskəndərov, Vaqif Hacıyev, Nicat İsmayılzadə, Cavad Ağayev, Əliəskər Əliyev, Eltac Qafarov, Həmidreza Badrialiabadi, Milad Beiqi Harçeqani, Zemfira Həsənzadə, Minayə Əkbərova, Səmərrux Osmanova, Səidə Əliyeva, Leyla Bəşirova və Fatimə Məcidova iştirak edəcəklər.

Yığmamız ardınca noyabrın 9-10-da İordaniyada keçiriləcək Prezident kubokunda iştirak edəcək.


Facebook-da paylaş

Xəbəri paylaş