"Araz-Naxçıvan" - "Qarabağ" oyununun məkanı dəyişdirilib
Azərbaycan Premyer Liqasının 11-ci turunun "Araz-Naxçıvan" - "Qarabağ" oyununun baş tutacağı məkan dəyişdirilib.
BrendSport.az xəbər verir ki, “Araz-Naxçıvan” klubu Peşəkar Futbol Liqasına rəsmi müraciət edərək, qadınlar arasında Millətlər Liqası çərçivəsində oktyabrın 31-də baş tutacaq Azərbaycan – Monteneqro matçının “Dalğa Arena”da keçirilməsi, yaranmış qrafik sıxlığı və ot örtüyünün qorunması səbəbindən görüşün Tofiq Bəhramov adına Respublika Stadionunda təşkilini xahiş edib.
“Araz-Naxçıvan” klubunun rəsmi müraciətini, “Qarabağ”ın razılığını əsas götürən Peşəkar Futbol Liqası qarşılaşmanın Tofiq Bəhramov adına Respublika Stadionunda keçirilməsinə qərar verib.
Matç təqvimdə olduğu kimi "Araz-Naxçıvan" - "Qarabağ" oyunu kimi keçiriləcək və oktyabrın 30-da, saat 19:00-da başlayacaq.
Facebook-da paylaş