Azərbaycan Premyer Liqası: Açılış oyununun vaxtı və məkanı dəyişdirilib
Futbol üzrə Azərbaycan Premyer Liqasının I turunun “Turan Tovuz” – “Araz-Naxçıvan” oyununun vaxtı və məkanı dəyişib.
BrendSport.az xəbər verir ki, “Araz-Naxçıvan”ın meydan sahibi olacağı görüş avqustun 4-də saat 20:00-da “Dalğa Arena”da başlayacaq.
Komandaların əvəzediciləri arasındakı qarşılaşma 1 gün sonra saat 17:00-da Binə qəsəbə stadionunda keçiriləcək.
Qeyd edək ki, daha əvvəl matçın avqustun 4-də saat 17:00-da Tovuz şəhər stadionunda olacağı açıqlanmışdı.
Facebook-da paylaş