Əsas Səhifə > Ölkə idmanı > Azərbaycan Premyer Liqası: Açılış oyununun vaxtı və məkanı dəyişdirilib

Azərbaycan Premyer Liqası: Açılış oyununun vaxtı və məkanı dəyişdirilib


31-07-2023, 14:10


Futbol üzrə Azərbaycan Premyer Liqasının I turunun “Turan Tovuz” – “Araz-Naxçıvan” oyununun vaxtı və məkanı dəyişib.

BrendSport.az
xəbər verir ki, “Araz-Naxçıvan”ın meydan sahibi olacağı görüş avqustun 4-də saat 20:00-da “Dalğa Arena”da başlayacaq.

Komandaların əvəzediciləri arasındakı qarşılaşma 1 gün sonra saat 17:00-da Binə qəsəbə stadionunda keçiriləcək.

Qeyd edək ki, daha əvvəl matçın avqustun 4-də saat 17:00-da Tovuz şəhər stadionunda olacağı açıqlanmışdı.
Geri qayıt