“Turan Tovuz”un oyunlarının məkanı dəyişdirilib
Peşəkar Futbol Liqası “Turan Tovuz” futbol komandasının oyunlarının məkanını dəyişdirib.
BrendSport.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqası (PFL) məlumat yayıb. Bildirilib ki, PFL tərəfindən Tovuz şəhər stadionunda geniştərkibli təftiş həyata keçirilib.
Aparılan əsaslı işlər, stadionun hazırkı durumu, azarkeşlərin və futbolçuların təhlükəsizliyi, oyunun canlı yayımı və VAR infrastrukturunun vəziyyəti nəzərə alınaraq Peşəkar Futbol Liqasının İdarə Heyəti rəqib komandaların razılıq məktubunu da əsas götürərək aşağıdakı qərarları qəbul edib:
Azərbaycan Premyer Liqasının 1-ci dövrəsinin oyunu “Araz Naxçıvan” – “Turan Tovuz”, 2-ci dövrənin oyunu “Turan Tovuz” – “Araz Naxçıvan” qarşılaşması kimi keçirilsin;
Azərbaycan Premyer Liqasının 1-ci dövrəsinin oyunu “Qarabağ” – “Turan Tovuz”, 2-ci dövrənin oyunu “Turan Tovuz” – “Qarabağ” qarşılaşması kimi keçirilsin;
Azərbaycan Premyer Liqasının 4-cü turundan etibarən Tovuz şəhər stadionu oyunları qəbul etməyə hazır hesab olunsun və bununla bağlı bütün işlər nəzarətdə saxlanılsın.
Qeyd olunub ki, Tovuz şəhər stadionunda süni işıqlandırma sisteminin tam istifadəyə verilməsi sentyabrın sonunda planlaşdırılır.
Facebook-da paylaş