Gənclər və İdman Nazirliyi daha bir "Sağlam məhəllə" idman zonasını istifadəyə verib
Xocasən qəsəbəsində "Sağlam məhəllə” idman zonası istifadəyə verilib.
BrendSport.az xəbər verir ki, Gənclər və İdman Nazirliyinin istifadəyə verdiyi sayca beşinci olan idman zonasında minifutbol və basketbol meydançaları, stolüstü tennis, şahmat, eləcə də hər yaş qrupuna uyğun fitnes avadanlıqları yerləşdirilib.
Açılışda gənclər və idman naziri Fərid Qayıbov, Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyev, “Ulduz” Futbol Akademiyasının uşaqları və Xocasən qəsəbəsinin sakinləri iştirak ediblər.
Qeyd edək ki, meydança "5 Mart - Bədən Tərbiyəsi və İdman Günü" münasibəti ilə təşkil edilmiş rəsm müsabiqəsinin hərracından əldə edilən vəsait və Gənclər və İdman Nazirliyinin dəstəyi ilə istifadəyə verilib.
Facebook-da paylaş