Bakıda “İdman hamı üçün” layihəsi çərçivəsində avarçəkmə təlimi keçiriləcək
Sentyabrın 30-da saat 17:00-dan 19:00-dək “Dədə Qorqud” parkı ərazisində “İdman hamı üçün” layihəsi çərçivəsində avarçəkmə təlimi keçiriləcək.
BrendSport.az xəbər verir ki, bu barədə Gənclər və İdman Nazirliyi məlumat yayıb.
Təlimin təşkilində məqsəd əhali arasında idmana marağın artırılması, sağlam həyat tərzinə çağırış, asudə vaxtın səmərəli təşkilidir.
Facebook-da paylaş