Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Premyer Liqa: “Turan Tovuz” “Sumqayıt”ın, “Neftçi” “Zirə”nin qonağı olacaq



Bu gün Azərbaycan Premyer Liqasında VII tura start veriləcək.

BrendSport.az
xəbər verir ki, ilk gündə iki oyun keçiriləcək.

Turun açılış matçında turnir cədvəlinin 3-cü pilləsində qərarlaşan “Turan Tovuz” səfər görüşünə çıxacaq. Bölgə təmsilçisi “Sumqayıt”ın qonağı olacaq.

Günün ikinci qarşılaşması Zirə Olimpiya İdman Kompleksinin stadionunda gerçəkləşəcək. Lider “Zirə” çempionata qeyri-sabit başlayan “Neftçi”ni qəbul edəcək.

Qeyd edək ki, turun “Sabah” – “Kəpəz” və “Səbail” – “Araz-Naxçıvan” oyunu sentyabrın 24-də, “Qəbələ” – “Qarabağ” matçı isə 25-də keçiriləcək.

Premyer Liqa
VII tur
23 sentyabr

18:00. “Sumqayıt” – “Turan Tovuz”

Hakimlər: Kamal Umudlu, Cavanşir Yusifov, Vüsal Məmmədov, Nicat İsmayıllı.
VAR: Tural Qurbanov.
AVAR: Əli Əliyev.
Hakim-inspektor: Feyzulla Feyzullayev.
AFFA nümayəndəsi: Elgiz Abbasov.
“Kapital Bank Arena”

20:30. “Zirə” – “Neftçi”
Hakimlər: Rəvan Həmzəzadə, Namiq Hüseynov, Elşad Abdullayev, Emin Əliyev.
VAR: Cavid Cəlilov.
AVAR: Kamran Bayramov.
Hakim-inspektor: İmanxan Sultani.
AFFA nümayəndəsi: Zaur Hacı-Məhərrəmov.
Zirə Olimpiya İdman Kompleksinin stadionu


Facebook-da paylaş

Xəbəri paylaş