“Neftçi” 3 futbolçusunu icarəyə verib
“Neftçi” 3 futbolçusunu icarəyə verib.
BrendSport.az xəbər verir ki, bu barədə Bakı klubunun mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, Vüsal Əsgərov və Seymur Əliyev “İrəvan”da, Xəyal Nəcəfov isə “Turan Tovuz”da çıxış edəcək. Hər üç oyunçu cari mövsümün sonuna qədər adıçəkilən komandalarda oynayacaq.
“Turan Tovuz”la icarə müqaviləsinin müddəti başa çatan Turan Vəlizadə isə “Neftçi-2”nin düşərgəsindədir.
Digər oyunçulardan Asim Əlizadə ilə başa çatan sözləşmənin müddəti yenilənməyib, Elşad Tağıyevlə anlaşmaya qarşılıqlı razılaşma əsasında xitam verilib.
Ötən mövsüm əsas komandanın heyətində debüt edən Ömər Qurbanov isə “Zirə”yə transfer olunub.
Facebook-da paylaş