Bakıda keçirilən dünya çempionatında növbəti mükafatçılar müəyyənləşib
Bakıda keçirilən atıcılıq üzrə dünya çempionatında 10 metr məsafəyə pnevmatik tüfəngdən atəş üzrə qarışıq komanda yarışında mükafatçılar müəyyənləşib.
BrendSport.az xəbər verir ki, Çin yığması rəqiblərini böyük fərqlə üstələyərək, 16 xalla qızıl medal qazanıb.
İran millisi 2 xalla gümüş medala yiyələnib. Fəxri kürsünün üçüncü pilləsinə isə Fransa komandası qalxıb.
Facebook-da paylaş