Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Çin və Hindistan atıcıları Bakıda qızıl medala sahib olublar

Çin və Hindistan atıcıları Bakıda qızıl medala sahib olublar
Bakıda atıcılıq üzrə dünya kuboku yarışları davam edir.
BrendSport.az
xəbər verir ki, qarışıq komandalar arasında 10 metr məsafəyə pnevmatik tüfəngdən atəşaçma üzrə finala yüksələn iki Çin komandasından biri (Yuting Hvang və Lihao Şenq) qızıl, digəri (Jiling Vanq – Aoran Yanq) gümüş medala sahib olub. Həmyerlilər finalı 16:14 hesabı ilə tamamlayıblar. Çexiya komandasını təmsil edən Aneta Brabçova - Frantisek Smetana cütlüyü 17:11 hesabı ilə Macarıstan təmsilçilərinə qalib gələrək bürünc medala yiyələniblər.
Ötən il Bakıda bol medallarla yadda qalan Türkiyə komandası bu gün ilk mükafatını qazanıb. Qarışıq komanda növündə 10 metr məsafəyə pnevmatik tapançadan atəşaçma üzrə yarışlarda türk Şimal Yılmaz və İsmail Keleş cütlüyü İtaliya komandasını 17:9 hesabı ilə məğlub edərək bürünc medal əldə edib.
Hindistanlı Divya Tadigol Subaraju və Sarabjot Sinqh cütlüyü serbiyalı Zorana Arunoviç və Damir Mikeç duetinə 16:14 hesabı ilə qalib gələrək yarışın qızıl medalçısı olub.


Facebook-da paylaş

Xəbəri paylaş