Sergen Yalçının "Neftçi"yə keçidi baş tutmayıb
Türkiyəli baş məşqçi Sergen Yalçının "Neftçi"nin sükanı arxasına keçidi baş tutmayıb.
BrendSport.az xəbər verir ki, tərəflər ötən gün Bakıda keçirilən görüşdə maliyyə şərtlərində razılığa gələ bilməyiblər.
Həmçinin, Konfrans Liqası və Azərbaycan Premyer Liqası ilə bağlı hədəflərdə də fikir ayrılığı yaşanıb.
Qeyd edək ki, "Neftçi" daha əvvəl baş məşqçisi Laurentsiu Regekampfla müqaviləyə vaxtından əvvəl xitam verib.
Facebook-da paylaş