Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



"Mahir Muradov Kuboku" uğrunda konkur yarışlarının qalibləri müəyyənləşib



"Binə Atçılıq Mərkəzinin"nin açıq manejində "Mahir Muradov Kuboku" uğrunda konkur yarışları keçirilib.

BrendSport.az
xəbər verir ki, E və M kateqoriyaları üzrə təşkil olunan turnirdə Azərbaycanın müxtəlif atçılıq klublarının yeniyetmə və yetkin yaş qrupları üzrə idmançıları iştirak ediblər.

E kateqoriyası üzrə 90-100 sm hündürlükdə qurulan maneələrdən ibarət yarışda 20 yaşadək idmançılar yaş məhdudiyyəti qoyulmayan atlarla, 20 yaşdan yuxarı idmançılar isə 6 yaşadək olan atlarla qüvvələrini sınayıblar. 13 idmançının iştirak etdiyi mübarizədə "Atçılıq məktəbi" klubunun idmançısı Leyla Mirzəyeva “Tibet” ləqəbli atla 1-ci, “Gilan" klubunun idmançısı Rahib İsmayılov “Aleks 1” ləqəbli atla 2-ci, “Elite" klubunun idmançısı Aydan Ağayeva "Alart-S" və "Zirvə" ləqəbli atlarla müvafiq olaraq 3-cü və 4-cü yerlərin sahibi olublar, 5-ci yerdə "Elite" klubunun idmançısı Məryəm Lütfəlibəyova "Walonka" ləqəbli atla qərarlaşıb.

M kateqoriyası üzrə hündürlüyü 120-125 sm olan yarışda 13 idmançı iştirak edib. Nəticədə "Murad" klubunun idmançısı İya Fitisova "Clima" ləqəbli atla 1-ci, "Buta Golden" klubunun idmançısı Eqor Morotski "Astrello" ləqəbli atla 2-ci, "Sərhədçi" klubunun idmançısı Anar Hümbətov "Cera 59" ləqəbli atla 3-cü, "Buta Golden" klubunun idmançısı Eqor Morotski "Guadella" ləqəbli atla 4-cü, "Gilan" klubunun idmançısı Rahib İsmayılov isə "Carthanio" ləqəbli atla 5-ci yeri tutublar.


Facebook-da paylaş

Xəbəri paylaş