Riçard Almeyda “Qarabağ”ın heyətində 60-cı qolunu vurub
Azərbaycan millisinin sabiq futbolçusu Riçard Almeyda “Qarabağ”ın heyətində 60-cı qolunu vurub.
BrendSport.az xəbər verir ki, braziliyaəsilli yarımmüdafiəçi Premyer Liqanın XXXV turunda fərqlənib.
O, “Sumqayıt”la ev görüşündə (1:2) rəqib qapısına yol tapıb. Almeyda Ağdam klubunun heyətində Azərbaycan çempionatında 47, avrokuboklarda 8, ölkə kubokunda 5 qola imza atıb.
Oyunçu “Qarabağ”ın heyətində 2012/13 mövsümündə debüt edib. O, ilk qolu da “Sumqayıt”ın qapısından keçirib. Yarımmüdafiəçi 2012-ci il avqustun 12-də səfərdəki qarşılaşmada (6:1) fərqlənib.
Facebook-da paylaş