Premyer Liqa: Avrokuboka 4-cü vəsiqə və elitanı tərk edəcək klub sonuncu turda bəlli olacaq
Futbol üzrə Azərbaycan Premyer Liqasında XXXV tura yekun vurulub.
BrendSport.az xəbər verir ki , ikinci oyun günündə daha dörd qarşılaşma oynanılıb.
"Turan Tovuz" doğma meydanda "Səbail"lə heç-heçə edib - 2:2. Meydan sahiblərinin qollarını 2-ci dəqiqədə Şəhriyar Əliyev, 49-cu dəqiqədə Ayxan Quseynov vurub. "Dənizçilər"in heyətində 73-cü dəqiqədə Franko Mazurek, 90+3-cü dəqiqədə Qoba Zakpa fərqlənib.
Çempionluğunu rəsmiləşdirən "Qarabağ" evdə "Sumqayıt"a 1:2 hesabı ilə yenilib. "Gənclik şəhəri" təmsilçisində 33-cü dəqiqədə penaltidən Vüsal İsgəndərli, 39-cu dəqiqədə Səbuhi Abdullazadə adını tabloya yazdırıb. "Köhlən atlar"da 89-cu dəqiqədə Riçard Almeyda fərqlənib.
"Şamaxı" - "Qəbələ" və "Sabah" - "Zirə" görüşləri qolsuz bərabərliklə başa çatıb.
Beləliklə, Premyer Liqada avrokuboka dördüncü vəsiqə və elitanı tərk edəcək klub sonuncu - XXXVI turda müəyyənləşəcək.
Turnir cədvəli:
"Qarabağ" - 87 xal
"Sabah" - 81 xal
"Neftçi" - 65 xal
"Qəbələ" - 49 xal
"Zirə" - 47 xal
"Turan Tovuz" - 39 xal
"Kəpəz" - 30 xal
"Sumqayıt" - 28 xal
"Səbail" - 26 xal
"Şamaxı" - 25 xal
Qeyd edək ki, turun ilk matçında "Neftçi" "Kəpəz"i 3:1 hesabı ilə üstələyib.
Facebook-da paylaş