Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Azərbaycan taekvondoçusu III Avropa Oyunlarını medalsız başa vurub



Azərbaycan taekvondoçusu Cavad Ağayev Polşada təşkil olunan III Avropa Oyunlarını medalsız başa vurub.

BrendSport.az
xəbər verir ki, buna 68 kq çəki dərəcəsində çıxış edən idmançının 1/8 final mərhələsində uduzduğu yunanıstanlı Konstantinos Camalidisin finala çıxa bilməməsi səbəb olub.

Sözügedən taekvondoçu 1/4 finalda ispaniyalı rəqibinə məğlub olub.

Camalidis finala vəsiqə qazansaydı, Azərbaycan təmsilçisi təsəlliverici görüşə qatılacaqdı.

Qeyd edək ki, daha əvvəl taekvondoçulardan Səyyad Dadaşov (54 kq) gümüş, Qaşım Maqomedov (58 kq) bürünc medal əldə edib.


Facebook-da paylaş

Xəbəri paylaş