Əsas Səhifə > Olimpiya > Azərbaycan taekvondoçusu III Avropa Oyunlarını medalsız başa vurub
Azərbaycan taekvondoçusu III Avropa Oyunlarını medalsız başa vurub24-06-2023, 18:30 |
Azərbaycan taekvondoçusu Cavad Ağayev Polşada təşkil olunan III Avropa Oyunlarını medalsız başa vurub. BrendSport.az xəbər verir ki, buna 68 kq çəki dərəcəsində çıxış edən idmançının 1/8 final mərhələsində uduzduğu yunanıstanlı Konstantinos Camalidisin finala çıxa bilməməsi səbəb olub. Sözügedən taekvondoçu 1/4 finalda ispaniyalı rəqibinə məğlub olub. Camalidis finala vəsiqə qazansaydı, Azərbaycan təmsilçisi təsəlliverici görüşə qatılacaqdı. Qeyd edək ki, daha əvvəl taekvondoçulardan Səyyad Dadaşov (54 kq) gümüş, Qaşım Maqomedov (58 kq) bürünc medal əldə edib. Geri qayıt |