Güləşçimiz Turan Bayramov Tokio Olimpiadasını medalsız başa vurub
Azərbaycanın sərbəst güləşçisi Turan Bayramov Tokio Olimpiadasını medalsız başa vurub.
BrendSport.az xəbər verir ki, 74 kiloqram çəki dərəcəsində çıxış edən güləşçimiz startda Ukrayna təmsilçisi Vasil Mixaylovdan üstün olub. T.Bayramov dörddəbir final mərhələsində Frank Çamizoya (İtaliya) məğlub olub. Rəqib yarımfinalda belaruslu Məhəmmədhəbib Hadıməhəmmmədova uduzduğu üçün güləşçimiz təsəlliverici görüşə qatıla bilməyib.
Xatırladaq ki, ölkəmizin aktivinə Tokio Olimpiadasında üç bürünc medalı qadın cüdoçu İrina Kindzerska, boksçu Alfonso Dominges və yunan-Roma güləşçisi Rafiq Hüseynov yazdırıblar.
Facebook-da paylaş