Hacı Əliyev: Dördüncü dəfə dünya çempionu olmaq arzusundayam
Dünya çempionatına çox az vaxt qalır. Bu nüfuzlu yarışda hədəfim qızıl medaldır. Dördüncü dəfə dünya çempionu olmaq arzusundayam.
BrendSport.az xəbər verir ki, Bu sözləri sərbəst güləş üzrə üçqat dünya çempionu Hacı Əliyev Qazaxıstanın paytaxtı Nur-Sultanda keçiriləcək dünya çempionatına hazırlıqla bağlı AZƏRTAC-a açıqlamasında deyib.
Yığma komandanın dünya çempionatına ciddi hazırlaşdığını qeyd edən güləşçi bildirib: “Yığmamız bu nüfuzlu turnirdə yüksək nailiyyətlər qazanmaq əzmindədir. Mundial həm də Tokio Olimpiadasına lisenziya baxımından böyük əhəmiyyət daşıyır. İlk altılıqda yer alacaq güləşçilər Olimpiya Oyunlarına vəsiqə əldə edəcəklər. Komandamız yarışa ciddi hazırlaşır. Təlim-məşqlər intensiv davam edir. Çalışacağıq ki, ölkəmizi yüksək səviyyədə təmsil edək”.
Facebook-da paylaş