"Qrupda birinci yer uğrunda mübarizəni davam etdiririk"
Azərbaycan millisinin və Almaniyanın 3-cü Bundesliqa komandası "Proyssen”in hücumçusu Rüfət Dadaşov daha bir müsahibə verib. Uzun fasilədən sonra yığmaya çağırılan forvard bu dəfə "Westline” qaynağına danışıb.
- Hələ də yorğunluq var?
- Hə. Bir qədər.
- Təəccüblü deyil. Axı Bakıdan dünən dönmsüz.
-Dəqiq belədi. Öncə Frankfurta uçdum, sonra Münsterə.
-Sonra da məşqlərə... Heç olmasa, bir gün dincəlmək istəmədiz?
-Yox, səbirsizliklə klubdakı məşqləri gözləyirdim.
-Azərbaycan millisinə qayıdışınıza necə reaksiya verdilər?
-Hər kəsdən müsbət reaksiya gördüm. Həm futbolçulardan, həm də məşqçilərdən. Özüm də Azərbaycandan xoş duyğularla qayıtmışam. Qıcıqlandıran məqam Maltanı evdə məğlub edə bilməməyimizdi. Qol vəziyyətlərindən yararlana bilsəydik...
-Komandanız, yoxsa siz?
-(gülümsəyir) Yaxşı, özüm iki qol epizodu qaçırdım. Onlardan birində topu iki metrdən qapıya göndərə bilmədim. Məntiqlə, qapıdan keçməli idi. Amma keçmədi. Hər şeyə rəğmən, qrupda birinci yer uğrunda mübarizəni davam etdiririk.
-Yığmada necə ünsiyyət qururduz?
-Əsasən rusca. Komandada demək olar, hamı bu dili bilir. Hətta baş məşqçi də çox vaxt rusca danışır. Alman dilindən tərcümə edən də var. Ancaq bu, daha çox Dmitri Nazarov üçündü.
-2013-cü ilə qədər "Proyssen”də oynamış Nazarov? Onunla klub barədə söhbət etmədiz?
-Bir qədər. Deyir ki, klubda çox şey dəyişib.
-Hər iki oyunda 90 dəqiqə oynayacağınızla bağlı öncədən razılıq almışdız?
-Yox. Müəyyən şans qazanacağıma ümid edirdim. Amma baş məşqçinin seçimi çox şeydən xəbər verir. İnanıram ki, məni milliyə yenə çağıracaqlar.
-Yeni dəvət nə vaxt olacaq?
-Oyunlara iki həftə qalmış. Həmin vaxta qədər dəvət gəlməsə, deməli çağırmayacaqlar.
-Dövlət himnini doğrudan oxuduz?
-Yox. Amma bunun üzərində işləyirəm.
-Farer adalarına qarşı oyununuza baxanda donmaq olardı...
-Sadəcə dəhşət idi. Şaxtalı havada süni qazonda oynadıq. Yaxınlıqda tikinti meydançası var idi. Şaxtayla yanaşı, güclü külək və yağış da bizə mane olurdu. Başqa dünyaya düşmüşdük.
-Münsterdə daha istidi?
-Farer adaları ilə müqayisədə yaydı.
-Bakıda lap isti idi?
-Hə, hava çox xoş idi.
-Oyundan əvvəl sizdən müsahibə götürmək istəyənlərin çoxuyla razılaşmırdız. Niyə?
- Qarşılaşmadan öncə çox danışmaq istəmirdim. Matça köklənməliydik.
Facebook-da paylaş