Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



İbrahimoviçdən İsveç millisinə ağır sözlər

İbrahimoviçdən İsveç millisinə ağır sözlər

“İsveç millisinin dünya çempionatında İbrhimoviçsiz oynamağına baxmaq mənim üçün çətindirmi? Yox”.

Xarici KİV-nin yaydığı xəbərə görə, bu sözləri İsveç millisinin sabiq üzvü Zlatan İbrahimoviç deyib. Ölkəsinin dünya çempionatındakı çıxışını dəyərləndirən “Los-Anceles Qelaksi”nin hücumçusu maraqlı fikirlər səsləndirib:

“İlk oyunlarda hiss etdim ki, mən onlardan daha yaxşı oynaya bilərəm və bu hiss hələ də məni tərk etməyib. Hərdən isə elə məqam olur, özümə deyirəm ki, qoy, öz işlərini görsünlər və bundan zövq alsınlar. Çünki mən milliyə gələndə xoşbəxt deyildim. Digərlərindən fərqlənirdim. Amma çətinliklərlə mübarizə aparıb yığmanın kapitanı oldum. Futbolçu üçün bundan yüksək səviyyə ola bilməz”.

Qeyd edək ki, İsveç millisi qrupda keçirdiyi oyunlarda Cənubi Koreyanı məğlub edib (1:0), Almaniyaya isə uduzub - 1:2.


Facebook-da paylaş

Xəbəri paylaş