Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



""Qarabağ" mərhələni keçəcək"



Azərbaycanın tanınmış mütəxəssislərindən olan Ağasəlim Mircavadov "Qarabağ"ın "Kukesi" ilə matçından danışıb.

Təcrübəli məşqçi bunları bildirib:

"Hər komandanın baş məşqçisinin öz strategiyası var. Amma "Kukesi" ilə oyunda top daha çox bizdə idi. Təkqapıya oynayırdıq. Qol vəziyyətləri az oldu, yaratdıqalarından da istifadə edə bilmədilər. Bu da hücumda problemlər olmasını göstərir. Yəqin ki, hər şey burda həll olunacaq və "Qarabağ" mərhələni keçəcək. Albaniyadakı heyətlə oynasalar da yenə nəsə etmək olar. Həqiqətən böyük üstünlükləri vardı.

Digər mərhələləri düşünmək lazımdı. Ola bilər ki, güclü klublar düşsün. "Kukesi"ni keçsə, növbəti mərhələdə "Qarabağ" ya BATE ya da HİK-lə qarşılaşacaq. BATE-ni çoxdandı görmürük. HİK-ə gəlincə, Finlandiya yığmasının da vəziyyəti yaxşı deyil. Özlərini göstərmirlər. Bilirsiz necədi, kimin güclü və ya zəif olması önəmli deyil. Əsas sən hazır olmalısan ki, rəqibləri məğlub edəsən".


Facebook-da paylaş

Xəbəri paylaş