Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Mahir Məmmədov: "Təəssüf ki, şahmatçılarımız sonda liderdən uzaq düşdülər"



"Təəssüf ki, şahmatçılarımız sonda liderdən uzaq düşdülər".

BrendSport.az
xəbər verir ki, bunu "Report"a açıqlamasında Azərbaycan Şahmat Federasiyasının (AŞF) prezidenti Mahir Məmmədov Qəbələdə təşkil edilmiş “Vüqar Həşimov Memorialı-2023” barədə danışarkən deyib.

Funksioner 9-cu dəfə təşkil edilən ənənəvi turnirin maraqlı mübarizə ilə yadda qaldığını bildirib: "Rapid yarışında Aydın Süleymanlı lider idi. Blitsdəki nəticələr yekunu tamamilə dəyişdi. Hindistanlı Vidit Santoş Qujrati gərgin mübarizənin sonunda qalib gəldi. 2023-cü il Vidit üçün uğurlu olub. O, daha bir qələbəni Qəbələdə gerçəkləşdirdi".

Məmmədov yarışın təşkilatçılığı barədə də fikirlərini bölüşüb: "Qəbələdə belə yüksək səviyyəli turnirin keçirilməsi çətin olmadı. Çünki bu şəhər daim müxtəlif beynəlxalq tədbirlərə ev sahibliyi edib. Vüqar Həşimov Şahmat Fondu, Gənclər və İdman Nazirliyi, Azərbaycan Şahmat Federasiyası və yerli icra orqanları turnirin yüksək səviyyədə keçməsi üçün lazımi işləri gördülər".

AŞF prezidenti milli üzvlərinin bir neçə gün sonra Özbəkistana yollanacağını söyləyib: "Səmərqənd şəhərində keçiriləcək rapid və blits üzrə dünya çempionatında böyük heyətlə təmsil olunacağıq. Ümid edirik ki, şahmatçılarımız ilin son yarışında da bizi uğurlu nəticə ilə sevindirəcəklər".


Facebook-da paylaş

Xəbəri paylaş