Vüqar Həşimov Memorialı: Azərbaycanın iki şahmatçısı liderlər qrupunda qərarlaşıb
İlk dəfə Qəbələdə təşkil edilən şahmat üzrə "Vüqar Həşimov Memorial-2023” superturnirində daha 3 turun partiyaları keçirilib.
BrendSport.az xəbər verir ki, Heydər Əliyev Konqres Mərkəzində təşkil olunan yarışda rapid üzrə IV turun ilk gedişini gənclər və idman naziri Fərid Qayıbov edib.
IV tur
Arjun Eriqaisi (Hindistan) - Teymur Rəcəbov (Azərbaycan) 0-1
Yorden Van Forest (Niderland) - Rauf Məmmədov (Azərbaycan) 0-1
Riçard Rapport (Macarıstan) - Aydın Süleymanlı (Azərbaycan) 0,5-0,5
Boris Gelfand (İsrail)- Vidit Santoş (Hindistan) 0,5-0,5
Şəhriyar Məmmədyarov (Azərbaycan)- Nicat Abasov (Azərbaycan) 0,5-0,5
V tur
Nicat Abasov (Azərbaycan)-Arjun Eriqaisi (Hindistan) 0-1
Vidit Santoş (Hindistan)- Şəhriyar Məmmədyarov (Azərbaycan) 0-1
Aydın Süleymanlı (Azərbaycan)- Boris Gelfand (İsrail) 0,5-0,5
Rauf Məmmədov (Azərbaycan)-Riçard Rapport (Macarıstan) 0-1
Teymur Rəcəbov (Azərbaycan)- Yorden Van Forest (Niderland) 0-1
VI tur
Arjun Eriqaisi (Hindistan)-Yorden Van Forest (Niderland) 0,5-0,5
Riçard Rapport (Macarıstan)-Teymur Rəcəbov (Azərbaycan) 0,5-0,5
Boris Gelfand (İsrail) -Rauf Məmmədov (Azərbaycan) 1-0
Şəhriyar Məmmədyarov (Azərbaycan)-Aydın Süleymanlı (Azərbaycan) 0-1
Nicat Abasov (Azərbaycan) - Vidit Santoş (Hindistan) 0,5-0,5
Beləliklə, 6 turdan sonra üç şahmatçının eyni xalı var. Hərəyə 7 xal toplayan Arjun Eriqaisi, Nicat Abasov və Aydın Süleymanlı ilk üçlükdə qərarlaşıb. Teymur Rəcəbov, Şəhriyar Məmmədyarov, Vidit Santoş və Rauf Məmmədov 4-7-ci sıralarda yer alıb. Onların 6 xalı var. Hərəyə 5 xalı olan Riçard Raport, Yorden Van Forest və Boris Gelfand turnir cədvəlinin son pillələrindədir.
Facebook-da paylaş