Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Nodirbek Abdusattorov “Vüqar Həşimov Memorialı-2022”nin rapid yarışında birinci olub

Nodirbek Abdusattorov “Vüqar Həşimov Memorialı-2022”nin rapid yarışında birinci olub


Bakıda görkəmli şahmatçı, Avropa çempionu, beynəlxalq qrosmeyster Vüqar Həşimovun xatirəsinə həsr olunan VIII beynəlxalq superturnirində rapid yarışlarına yekun vurulub.
BrendSport.az xəbər verir ki, turnirin ilk üç günündə 10 şahmatçı rapid turnirində gücünü sınayıb.
Üçüncü oyun günündə - dekabrın 20-də sonuncu 3 turun partiyaları keçirilib.
Yeddinci turda Azərbaycan təmsilçilərindən Aydın Süleymanlı komanda yoldaşı Şəhriyar Məmmədyarovu məğlub edib. Özbəkistanlı Nodirbek Abdusattorov Rauf Məmmədova, rumıniyalı zəka sahibi Riçard Rapport isə ABŞ idmançısı Semuel Şenklendə qalib gəliblər. Abdulla Qədimbəyli ispaniyalı Valeho Pons, Hindistan idmançısı Qukeş Dommaracu çinli Van Hao ilə heç-heçə edib.
Səkkizinci turda S.Şenklend və V.Pons qələbə qazanıblar. Onlar müvafiq olaraq Q.Dommaracu və V.Haodan üstün olublar. N.Abdusattorov R.Rapport, R.Məmmədov Ş.Məmmədyarov, A.Qədimbəyli isə A.Süleymanlı ilə sülhə razılaşıb.
Ş.Məmmədyarov və R.Məmmədov sonuncu turu qələbə ilə başa vurublar. Ağ fiqurlarla oynayan Ş.Məmmədyarov A.Qədimbəylini, qara fiqurlarla oynayan R.Məmmədov isə R.Rapportu məğlub edib. Q.Dommaracu N.Abdusattorov, A.Süleymanlı isə V.Hao ilə heç-heçə edib. V.Pons S.Şenklendi məğlubiyyətə uğradıb.
Hesabında 14 xal olan N.Abdusattorov turnir cədvəlində liderliyini davam etdirir. V.Pons və R.Məmmədov 12 xalla 2-3-cü pillələri bölüşüblər. V.Hao 10 xalla dördüncüdür. R.Rapport, Ş.Məmmədyarov 8 xalla 5-6-cı, A.Qədimbəyli, Q.Dommaracu 7 xalla 7-8-ci, S.Şenklend və A.Süleymanlı isə 6 xalla 9-10-cu yerlərdə qərarlaşıblar.
Dekabrın 21-də turnirdə fasilə olacaq. Ertəsi gün blits yarışlarına start veriləcək. Turnirin qalibi rapid və blits yarışlarının yekununda müəyyənləşəcək.
Turnir Vüqar Həşimov Şahmat Fondunun təşkilatçılığı, Gənclər və İdman Nazirliyinin və Azərbaycan Şahmat Federasiyasının dəstəyi, SOCAR-ın sponsorluğu ilə təşkil olunub.
Bu memorial ilk dəfə 2014-cü ildə Şəmkirdə keçirilib. Hazırkı dünya çempionu Maqnus Karlsen dörd (2014-cü, 2015-ci, 2018-ci, 2019-cu), Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov iki (2016-cı, 2017-ci), ABŞ təmsilçisi Fabiano Karuana (2021-ci) isə bir dəfə turnirin qalibi olublar.


Facebook-da paylaş

Xəbəri paylaş