Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Vüqar Həşimov memorialında daha 3 tur oynanılacaq

Vüqar Həşimov memorialında daha 3 tur oynanılacaq

Vüqar Həşimovun xatirəsinə həsr olunan VIII beynəlxalq superturnirində bu gün növbəti 3 turun oyunu keçiriləcək.

BrendSport.az
xəbər verir ki, dördüncü turda təmsilçimiz Şəhriyar Məmmədyarov Rumıniya idmançısı Riçard Rapport, növbəti görüşdə hindistanlı Qukeş Dommaracu, günün son qarşılaşmasında isə ispaniyalı Valeho Pons ilə qarşılaşacaq. Rauf Məmmədov startda Valeho Pons, sonra ABŞ təmsilçisi Semuel Şenklendi sınağa çəkəcək, sonda komanda yoldaşı Aydın Süleymanlı ilə görüşəcək. A.Süleymanlı isə R.Məmmədovla yanaşı, Qukeş Dommaracu və Valeho Ponsla gücünü sınayacaq. Komandamızın digər üzvü Abdulla Qədimbəyli Özbəkistan zəka sahibi Nodirbek Abdusattorov, Rumıniya idmançısı Riçard Rapport, çinli Van Hao ilə üz-üzə gələcək.
Ötən üç turun nəticəsinə görə, aktivində 3 xal olan N.Abdusattorov turnir cədvəlinə liderlik edir. R.Məmmədov 2,5 xalla ikincidir. S.Şemklend, V.Pons və V.Hao 2 xalla 3-5-ci, R.Rapport, Ş.Məmmədyarov və Q.Dommaracu 2 xalla 6-8-ci yerləri bölüşürlər. A.Qədimbəyli 1 xalla doqquzuncu, xal qazana bilməyən A.Süleymanlı isə sonuncudur.
İlk dəfə 2014-cü ildə Şəmkirdə keçirilən Vüqar Həşimov memorialında hazırkı dünya çempionu Maqnus Karlsen dörd (2014-cü, 2015-ci, 2018-ci, 2019-cu), Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov iki (2016-cı, 2017-ci) və ABŞ təmsilçisi Fabiano Karuana (2021-ci) isə bir dəfə qalib adına sahib olublar.


Facebook-da paylaş

Xəbəri paylaş