Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



“Hakken”in baş məşqçisi: “Qarabağ”la oyundan sonra ayrılacağam”



“Qarabağ”la oyundan sonra “Hakken”dən ayrılacağam”.

BrendSport.az
xəbər verir ki, bunu İsveçin “Hakken” klubunun baş məşqçisi Per-Matias Hoqmo yerli mətbuata açıqlamasında deyib.

Norveçli mütəxəssis UEFA Avropa Liqasının qrup mərhələsində “Qarabağ”a qarşı keçiriləcək görüşün onun “Hakken” karyerasında son qarşılaşma olacağını bildirib. 64 yaşlı mütəxəssis Asiya Çempionlar Liqasının son qalibi olan Yaponiya klubu “Urava Red Diamonds”un “sükanı arxası”na keçəcək: “Hakken”lə iki il yarımlıq səyahətin bir hissəsi olduğum üçün minnətdaram. Həyatınızda yeni səhifə açmaq hər zaman qarışıq hisslərlə olur. Bu müddətdə “Hakken”də olmaqdan hədsiz sevinc hiss edirəm”.

Qeyd edək ki, “Qarabağ” – “Hakken” oyunu dekabrın 14-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək. Son tur öncəsi “Qarabağ” 7 xalla ikinci pillədə qərarlaşıb. “Hakken”in isə hesabında xal yoxdur.


Facebook-da paylaş

Xəbəri paylaş