Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



"Neftçi"nin yeni prezidenti ilk müsahibəsini Sport24.az-a verdi



BrendSport.az xəbər verir ki, Konfrans Liqasının II təsnifat mərhələsində “Jelezniçar”ın rəqibi olan “Neftçi” bu gün saat 18:00-da Bosniya və Hersoqivinaya yollanıb. “Ağ-qaralar”ın prezidenti Fərrux Mahmudov səfər öncəsi Heydər Əliyev Beynəlxalq Hava Limanında Sport24.az-ın əməkdaşının suallarını cavablandırıb.

- “Jelezniçar”la oyundan nə gözləyirsiz?
- Qarşıdakı oyundan qalib ayrılmaq istəyirik.

- Komandanın qarşısına qoyulan məqsəd?
- Avropa səviyyəsində klub yaratmaq istəyirik. Təbii ki, bu bir-iki günün işi deyil. Bu, uzun müddətli plandı. Qarşıya qoyulan məqsəd budu. Düzdü, bu bir qədər vaxt aparacaq. Bir az səbrli olmaq lazımdı. Heç şübhəsiz ki, istənilən idman növündə məqsəd qalib gəlməkdi.
- Dünən komanda və baş məşqçi ilə tanış oldunuz.

Adrian Mutu ilə nə barədə söhbət etdiniz?
- Düzdü, görüşdük. Ancaq bütün mövzulara ətraflı toxuna bilmədik. Daha geniş müzakirələrə ehtiyac var.

- “Neftçi”nin prezidenti olmaq nə deməkdi? Azarkeşlər səbrsizdi.

Təzyiqə dözə biləcəksiniz?
- Dözməliyəm. Uşaqlıqdan bu klubun azarkeşiyik. “Neftçi”li doğulmuşuq. Siz də, mən də gözümüzü açıb “Neftçi”ni görmüşük.

- Basketbolla futbol arasında necə paralel apararsınız?
- Hər ikisi komanda idman növüdü. Basketbol qapalı, futbol isə açıq meydanda oynanılır.

- Bu gün təqdimatınız olsa da, idman mediası tədbirə dəvət olunmamışdı.

Bunu necə izah edə bilərsiniz?
- Mən də son iki saatda təqdimatın olacağından xəbər tutmuşam. Bu üzdən suala cavab verə bilməyəcəm. Təyinatım dünən rəsmiləşib. Yalnız bundan sonra ilk dəfə hamı ilə tanış oldum.

- İdman mediası sizin təqdimatınızı ictimai-siyası saytlardan öyrənir...
- Xəbər tutmusuz da...

- Razısınız ki, idman mediası təqdimatda olmalı idi?
- ...

MEHMAN SÜLEYMANOV


Facebook-da paylaş

Xəbəri paylaş