Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Yüksək Liqa: "Murov" komandası çempionluq yolunda ilk addımı atıb

Yüksək Liqa: "Murov" komandası çempionluq yolunda ilk addımı atıb

Kişi voleybolçular arasında Azərbaycan çempionatında üçüncülük uğrunda və finalın birinci qarşılaşmaları keçirilib.

BrendSport.az
xəbər verir ki, əvvəlcə meydana Yüksək Liqanın bürünc medalı üçün yarışan "Neftçi" və MOİK klubları çıxıblar.

Görüş 3 set davam edib. Matçın əvvəlindən üstünlüyə yiyələnən “Neftçi” yekunda 3:0 (25:19, 25:18, 26:24) hesablı qələbə qazanıb.

Daha sonra finalın ilk oyunu keçirilib. "Xarı bülbül" və "Murov" kollektivləri arasında baş tutan bu qarşılaşma isə daha gərgin alınıb. "Xarı bülbül" matça daha yaxşı başlayıb və ilk setdə 25:20 hesabı ilə qələbə qazanıb. Lakin bundan sonra "Murov" təşəbbüsü ələ alaraq növbəti 3 hissəni 25:20, 25:19 və 25:17 hesabları ilə öz xeyrinə başa vurub.

Beləliklə, "Murov" 3:1 hesablı qələbə ilə çempionluq yolunda ilk addımı atıb.

Qeyd edək ki, reqlamentə əsasən komandalar üç qələbəyədək mübarizə aparırlar. Bürünc medal və finalın növbəti oyunlarının keçiriləcəyi tarixlə bağlı əlavə məlumat veriləcək.


Facebook-da paylaş

Xəbəri paylaş