Rüstəm Orucov Avropa çempionatında favorit olaraq çıxış edəcək
Noyabrın 19-da Praqada start götürəcək Avropa çempionatında cüdoçumuz Rüstəm Orucov 73 kiloqram çəki dərəcəsində favorit olaraq çıxış edəcək.
BrendSport.az xəbər verir ki, qitə birinciliyində kişilər arasında gücünü sınayacaq olimpiadanın gümüş medalçısı öz çəki dərəcəsində reytinqə görə birinci sırada qərarlaşıb.
Qeyd edək ki, 29 yaşlı cüdoçu bu il Macarıstanda keçirilmiş “Böyük dəbilqə”də qızıl medal, Almaniyadakı analoji yarışda isə gümüş medal qazanıb.
Xatırladaq ki, qitə birinciliyində Azərbaycanı 14 cüdoçu təmsil edəcək.
Noyabrın 21-dək davam edəcək Avropa çempionatında 42 ölkədən 370 cüdoçu iştirak edəcək.
Facebook-da paylaş