Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



AFFA-nın milliləşdirdiyi oyunçu haqda: “Azərbaycanla əlaqəsi yoxdu”



BrendSport.az futbolinfo.az saytına istinadən bildiri ki, İngiltərə Milli Liqasında (səviyyəcə 5-ci liqa) mübarizə aparan “Fayld” klubunun futbolçusu Serhat Taşdemirin milliləşdirilməsindən xəbərdarsız. Türkiyə əsilli yarımmüdafiəçi Azərbaycan U-19 yığmasına çağırılıb.

Hazırda komanda ilə Türkiyənin Antalya bölgəsində təlim-məşq toplanışında olan futbolçu debüt etməyə də imkan tapıb. O, ilk matçında qol vurmağı bacarıb. Taşdemir Rusiyanın “Krasnodar” klubunun 3-cü komandası ilə matçda (1:1) yığmanın qolunun müəllifi olub.

BrendSport.az futbolinfo saytına istinadən bildiri ki, Bu arada Taşdemirin Azərbaycan millisinə cəlb olunması ilə bağlı maraqlı məqamlar ortaya çıxıb. Bu barədə türkiyəli jurnalist Taner Karaman özünün “Tvitter” hesabında yazıb (futbolpress.az). Onun sözlərinə görə, Azərbaycanla heç bir əlaqəsi olmayan futbolçunun millimizə cəlb olunması bir yanlışlıqdan qaynaqlanıb: “Serhat Taşdemir. İngiltərənin 5-ci liqasında oynayır. Anası Bayburt, atası İzmirdəndi. Özünün də Azərbaycanla əlaqəsi yoxdu. Bir gün məşhur saytların birində adının yanına səhvən Türkiyə bayrağı əvəzinə Azərbaycan bayrağı qoyulur. Azərbaycanlı oyunçuları axtaran Azərbaycan millisinin heyəti də beləcə Serhatı tapır. Kim olduğu və s. ilə maraqlanırlar. Beləcə, oyununu izləyib bəyənirlər və lazım olan işləri görüb milliyə dəvət edirlər. Qəribə hekayədi”.


Facebook-da paylaş

Xəbəri paylaş