Azərbaycanın yeniyetmə taekvondoçuları Avropa birinciliyində mübarizə aparacaqlar
Noyabrın 26-da Azərbaycanın yeniyetmə taekvondoçuları Avropa birinciliyinə yollanıblar.
BrendSport.az xəbər verir ki, komandamız İspaniyada təşkil ediləcək qitə birinciliyində 11 taekvondoçu ilə mübarizə aparacaq.
Baş məşqçi Səbuhi Zülfüqarov və böyük məşqçi Sənan Həşimov yarışda oğlanlardan Nihad Məmmədzadə (33 kq), Rahid Vəliyev (37 kq), İsmayıl İbrahimov (41 kq), Xanlar Xanəhmədov (45 kq), Səyyad Dadaşov (49 kq) və Eltac Qafarova (53 kq) şans verəcək.
Qızların yarışında isə Zeynəb Məmmədova (33 kq), Səidə Əliyeva (37 kq), Zivər Tağıyeva (44 kq), Səmərrux Osmanova (47 kq) və Tülin Ələkbərova (55 kq) dayanq üzərinə çıxacaqlar.
Noyabrın 29-da başlanacaq Avropa birinciliyinə dekabrın 2-də yekun vurulacaq.
Yarışda ölkəmizi beynəlxalq dərəcəli hakimlər, Azərbaycan Taekvondo Federasiyasının baş hakimi Elşən Quliyev və Coşqun Nadirov təmsil edəcəklər.
Komandamız dekabrın 4-də Vətənə qayıdacaq.
Facebook-da paylaş