Kosovo yığmasının hücumçusu: "Seçmə mərhələnin son oyunlarına yaxşı hazırlaşmışıq"
UEFA Millətlər Liqasında millimizin rəqibi olan Kosovo yığmasının hücumçusu Vedat Muriç turnirdə oyunları haqqında fikirlərini bölüşüb.
O, bu barədə Kosovo Futbol Federasiyasının saytına açıqlamasında danışıb.
"Çaykur Rizəspor”un hücumçusu "Seçmə mərhələnin son oyunlarına yaxşı hazırlaşmışıq. Komandada optimist əhval-ruhiyyə hökm sürür. Qarşıdakı günlərdə hazırlıqları başa vuracağıq və Malta ilə vacib görüşə çıxacağıq. Həmin oyunda qrupdan çıxmaq məqsədimizə nail olacağımıza, sonrakı Azərbaycanla matçı isə istirahət üçün oynayacağımıza inanıram. Hücumçu olaraq əsas vəzifəmin qol vurmaq olduğumun fərqindəyəm, amma bəzən buna nail oluram, bəzən isə yox. Əsas məsələ komandanın qələbə qazanmasıdırsa, kimin qol vurması o qədər də önəmli deyil”, deyə fikirlərini dilə gətirib.
Qeyd edək ki, noyabrın 17-də Maltanın qonağı olacaq Kosovo millisi üç gün sonra yığmamızı qəbul edəcək.
Facebook-da paylaş