Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Kişi voleybolçularımızdan əzmkar qələbə



Voleybol üzrə kişilərdən ibarət Azərbaycan milli komandası 2019 Avropa çempionatının seçmə mərhələsində ilk oyununu keçirib.

G qrupunda mübarizə aparan yığma İsveçlə üz-üzə gəlib. Dərnəgül Voleybol Mərkəzində baş tutan qarşılaşma Azərbaycan millisinin əzmkar qələbəsi ilə başa çatıb - 3:2.

İlk iki setdə rəqibinə məğlub olan yığma növbəti üç setdə qələbə qazanıb. Bu nəticədən sonra Azərbaycan millisi aktivinə 2, İsveç isə 1 xal yazdırıb.

Qeyd edək ki, Azərbaycan yığması növbəti oyununu avqustun 18-i səfərdə Lüksemburqa qarşı keçirəcək.

Azərbaycan - İsveç 3:2 (23:25,19:25, 26:24, 25:22, 15:10)


Facebook-da paylaş

Xəbəri paylaş