Əsas Səhifə > Milli komandalar > Kişi voleybolçularımızdan əzmkar qələbə
Kişi voleybolçularımızdan əzmkar qələbə15-08-2018, 21:50 |
![]() Voleybol üzrə kişilərdən ibarət Azərbaycan milli komandası 2019 Avropa çempionatının seçmə mərhələsində ilk oyununu keçirib. G qrupunda mübarizə aparan yığma İsveçlə üz-üzə gəlib. Dərnəgül Voleybol Mərkəzində baş tutan qarşılaşma Azərbaycan millisinin əzmkar qələbəsi ilə başa çatıb - 3:2. İlk iki setdə rəqibinə məğlub olan yığma növbəti üç setdə qələbə qazanıb. Bu nəticədən sonra Azərbaycan millisi aktivinə 2, İsveç isə 1 xal yazdırıb. Qeyd edək ki, Azərbaycan yığması növbəti oyununu avqustun 18-i səfərdə Lüksemburqa qarşı keçirəcək. Azərbaycan - İsveç 3:2 (23:25,19:25, 26:24, 25:22, 15:10) Geri qayıt |