Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Ciddi oyun öncəsi Almaniya millisində ciddi itki

Ciddi oyun öncəsi Almaniya millisində ciddi itki

Sabah dünya çempionatının qrup mərhələsinin 2-ci turunda İsveçlə qarşılaşacaq Almaniya millisi ciddi itki ilə üzləşib.

“AS” nəşrinin yaydığı xəbərə görə, komandanın aparıcı müdafiəçilərindən Mats Hummels zədələnib. Bu barədə Bundestimin baş məşqçisi Yoahim Löv məlumat verib:

“Hummels sabah oynaya bilməyəcək. Boynunda zədəsi var. Normal məşq də edə bilmir. Amma sağalmaq üçün hələ vaxtı var. Bu cür zədələr 1 günə sağalmır. Bizə hava mübarizəsində yaxşı oynayan futbolçular lazımdır. Sabahkı oyunla bağlı bəzi ideya və planlarım var”.

Qeyd edək ki, Almaniya – İsveç oyunu sabah Bakı vaxtı ilə 22:00-da başlayacaq. Almanlar qrupun ilk matçında Meksikaya 0:1 hesabı ilə uduzublar.


Facebook-da paylaş

Xəbəri paylaş