Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Qazaxıstanın baş məşqçisi millimizlə oyundan danışdı



"Bütün Qazaxıstanı qələbə münasibətilə təbrik etmək istərdim. Futbolçularım yaxşı oyun sərgiləməyi bacardıqlarını göstərdilər. Nəticə ikinci yerdə idi. Əsas məsələ odur ki, inkişaf üçün potensialımız var".

Bunu Qazaxıstan yığmasının baş məşqçisi Stanimir Stoilov evd Azərbaycan yığmasına 3:0 hesabı ilə qalib gəldikləri yoldaşlıq görüşündən sonra yoldaşlıq görüşündən sonra mətbuat konfransında deyib.

Bolqarıstnalı mütəxəssis qələbəyə baxmayaraq, komandasında problemlərin çox olduğunu bildirib: "Qələbə o demək deyil ki, bizdə hər şey qaydasındadı. Aydın görünür ki, futbolçularım ilk hissədə yaxşı oynasa, da sonra yoruldular və hücumda aqressiv ola bilmədilər. Ümid edirəm ki, avrokubok matçları futbolçularımıza səviyyələrini qaldırmaqda kömək edəcək. Əvəzləmədən meydana daxil olanların oyunu gücləndirmələri sevindirici haldı. Bu, komandamızdakı rəqabətdən xəbər verir. Əlbəttə, problemlər hələ çoxdu. Onları həll etmək lazımdı. Futbolçular artırmalıdırlar. Bütün 90 dəqiqəni ilk yarım saatdakı kimi oynamaq lazımdı".


Facebook-da paylaş

Xəbəri paylaş