Azərbaycan yelkənçiləri İspaniyada keçirilən Avropa çempionatında

İspaniyada keçirilən yelkənli qayıq üzrə ILCA 4 (Beynəlxalq Lazer Sinfi Assosiasiyası) Avropa çempionatı davam edir.
BrendSport.az xəbər verir ki, bu barədə Azərbaycan Su İdman Növləri Federasiyası məlumat yayıb.
Bildirilib ki, Azərbaycanın təmsil olunduğu yarışın ikinci günü yekunlaşıb. Gün ərzində idmançılar iki yarışda qüvvələrini sınayıblar.
Qeyd edək ki, Avropa çempionatı aprel 18-də yekunlaşacaq.
Facebook-da paylaş





















