Yelkənçilərimiz Avropa çempionatına hazırlığı başa vurub

İspaniyada keçirilən yelkənli qayıq üzrə ILCA 4 (Beynəlxalq Lazer Sinfi Assosiasiyası) Avropa çempionatında hazırlıq mərhələsinə yekun vurulub.
BrendSport.az xəbər verir ki, yarışın təşkil edildiyi Mursiya şəhərində olan komandamız qitə çempionatı üçün son nəzəri və praktiki məşqini tamamlayıb.
Azərbaycan Su İdman Növləri Federasiyası turnirə iki idmançı ilə qatılıb. Ölkəmizi Avropa çempionatında Nərgiz Məmmədova və Nəzrin Məmmədova təmsil edəcəklər. Komandaya məşqçi Mithat Can Yıldırım rəhbərlik edir, komanda rəhbəri isə Burcu Alqon Giorgianidir.
Facebook-da paylaş





















